Dünya futbolu

Arşavin Qazaxıstan klubundan ayrılıb

Rusiya millisinin sabiq hücumçusu Andrey Arşavin Qazaxıstanın “Kayrat” klubundan ayrılmaq qərarı verib. 37 yaşlı forvard üçün 33-cü turda Karaqanda “Şaxtyor”u ilə oyunda vida mərasimi təşkil olunacaq. Arşavin cəzalı durumda olduğu üçün qarşılaşmada oynamayacaq.

Qeyd edək ki, Arşavin 2016-cı ildə “Kuban”dan “Kayrat”a keçib. O, Qazaxıstan klubunda 100 oyuna 30 qol vurub və bu mövsüm Qazaxıstan çempiontında gümüş medal qazanıb. Arşavin “Zenit” və “Arsenal”da da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43