Dünya futbolu

Azərbaycanlı futbolçu Çexiyada bombardir oldu

Futbol üzrə Çexiya Gənclər Liqasında XIV turun oyunları keçirilib.

U-21 millimizin  futbolçusu Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” səfərdə “Pribram”ı 2:3 hesabı ilə məğlub edib. Həmyerlimiz matçın 60-cı və 68-ci dəqiqəsində fərqlənərək komandasının qələbəsində böyük pay sahibi olub.

Bu, həmyerlimizin mövsüm ərzində vurduğu 10-cu qolu olub.  Gənc oyunçu bu gün vurduğu iki qolla bombardirlik yarışında liderliyə yüksəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43