San Marinonun “Faetano” klubunda çıxış edən azərbaycanlı futbolçu Raul Yaqubzadə bu ölkənin federasiyasından millidə çıxış etmək təklifi alıb.
Bu barədə məlumatı İdmanxeber.az saytına futbolçunun atası verib. O bildirib ki, San Marino Futbol Federasiyası rəsmiləri Raula bu ölkənin U-21 yığmasında oynamağı təklif edib. Ancaq Yaqubzadə bundan imtina edib.
Buna səbəb futbolçunun Azərbaycan millisində oynamaq istəməsidir. Yaqubzadə bir dönəm U-19 yığmamızın da formasını geyinib.