Kateqoriyasız

Azərbaycanlı futbolçu xarici klubdan təklif aldı – ÖZƏL

“Sumqayıt”ın futbolçusu Vüsal İsgəndərli karyerasını ölkə xaricində davam etdirə bilər.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, oyunçu Şimali Makodoniya təmsilçisi  “Şkupi” klubunun hədəfindədir. Komanda yanvarda İsgəndərlini heyətinə qatmaq niyyətindədir.

Hələlik tərəflər arasında rəsmi əlaqələr qurulmasa da, “Şkupi”nin türkiyəli prezidenti Aydın Olqun Peker 27 yaşlı hücumçunu komandasında görmək istəyir.

Qeyd edək ki, Vüsal cari mövsüm “Sumqayıt”ın heyətində 10 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43