Bugün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Səbail” səfərdə “Zirə”ylə qarşılaşıb və darmadağın olub – 0:4.
İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubunun baş məşqçisi Aftandil Hacıyev oyundan sonra bunları deyib:
“Bizim üçün çətin oyun oldu. İlk hissəni pis keçirmədik. Bugünkü nəticənin böyük.olması “Zirə”nin daha dəqiq oynamasından irəli gəlirdi. Layiqli qələbə qazandılar. Bu nəticəyə rəğmən az da olsa ümidimiz va ki, mərhələ.keçə bilərik”.