21 Dekabr 2024
Ölkə futbolu

AZAL-dan rüsvayçı göstərici

AZAL 2013/2014-cü il mövsümünü 18 qələbəsiz oyunla başa vurub. 

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, 2013-cü il dekabrın 20-də “Neftçi”ni 2:1 hesabı ilə məğlub edən paytaxt təmsilçisi 2014-cü ildə qələbə qazana bilməyib.

Bununla da bakılılar Azərbaycan çempionatlarının 22 illik tarixinin 15 ən uzun qələbəsiz seriyalar sırasına düşüb.

Bu siyahıya isə hərəyə 32 matç qalib gələ bilməyən “Şəfa” və “Dinamo” başçılıq edir. AZAL-a qədər sonuncu böyük uğursuz 20 oyun qələbə qazana bilməyən “Kəpəz” olmuşdu. Gəncəlilər ötən mövsüm belə halla üzləşmişdi. AZAL bu seriyalar arasında MOİK və “Muğan”la eyni göstəriciyə malik olub 13-15-ci yerlərə şərik çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43