20 Sentyabr 2024
Dünya futbolu

Azarkeşlərə şad xəbər: Premyer Liqa və Bundesliqa Azərbaycan kanalında

İngiltərə Premyer Liqası və Almaniya Bundesliqa Azərbaycanda canlı yayımlanacaq.

İdmanxeber.az xəbər verir ki, bu barədə “İdman TV” şərhçisi Tərlan Şahinoğlu sosial şəbəkə hesabından paylaşım edib. Paylaşımda hər iki çempionatın cari mövsüm oyunlarının kanalda yayımlanacağı bildirilib.

Xatırladaq ki, İngiltərə Premyer Liqası ötən mövsüm də sözügedən kanalda canlı yayımlanıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43