Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi “Dinamo”nun futbolçuları “Hayduk”a qarşı Xorvatiya çempionatının XVII turunun oyunundan əvvəl hücuma məruz qalıblar.
İdmanxeber.az-ın məlumatına görə,rəqib komandanın fanatları Zaqreb təmsilçisini daşıyan avtobusa hücum ediblər. Avtobusun şüşələri qırılsa da, xəsarət alan olmayıb.
“Hayduk” – “Dinamo” matçı 0:0 hesabıyla bitib. Mahir Emreli start heyətdə meydana çıxıb və 56-cı dəqiqədə əvəzlənib.
Split polisi oyun vaxtı iğtişaş yaratmağa çalışan 89 nəfərin saxlanıldığını bildirib. Saxlanılanlardan ümumilikdə 35 pirotexniki vasitə, 1 ədəd qaz tapançası və 154 ədəd patron aşkar edərək götürülüb.