İdman

Azərbaycan – Almaniya matçının yeri dəqiqləşdi

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan – Almaniya oyununun yeri və vaxtı dəqiqləşib.

İdmanxeber.com-un məlumatına görə, noyabrın 9-da Bakıda baş tutacaq qarşılaşma “Dalğa Arena”da keçiriləcək. Millimizin Bundestimlə ev oyunu saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Almaniya ilə Bakıdakı görüş millimizin seçmə mərhələdə 4-cü matçı olacaq. İlk iki oyunda məğlubiyyət alan yığmamız oktyabrın 6-da baş tutacaq 3-cü matçında da Bundestimlə görüşəcək. Bu qarşılaşma Kotbusda təşkil olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43