Kateqoriyasız

Azərbaycan – İtaliya: UEFA CBC-yə müraciət etdi

“Avro-2016″nın seçmə mərhələsi çərçivəsində sabah keçiriləcək Azərbaycan – İtaliya matçını CBC kanalı çəkəcək.

İdmanxeber.com-un məlumatına görə, Topaz Premyer Liqasının yayım hüququna malik CBC çempionat matçlarını yüksək səviyyədə nümayiş etdirməsi UEFA-nın nzərindən qaçmayıb. Məhz buna görə də sözügedən kanal bu matçın yayımını həyata keçirəcək.

Saat 21:00-da başlayacaq matçı isə “İctimai TV” canlı olaraq azarkeşlərə nümayiş etdirəcək. Bundna başqa İtaliyanın “RAİ” telekanalı da bu oyunu canlı yayımlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43