Bu gün Azərbaycan kuboku uğrunda yarışların 2013/14 mövsümünə start veriləcək.
8 komandanın mübarizə apardığı 1/16 final mərhələsi ilə başlayacaq yarışın ilk raundunda I divizion təmsilçiləri mübarizə aparacaq.
1/16 finalda qüvvəsini sınayacaq 4 cüt bir matçda qalibi müəyyənləşdirməlidir. Üz-üzə gələcək 4 cütdən 3-ü kubok tarixində ilk dəfə qarşılaşacaq.
Azərbaycan kuboku, 1/16 final
23 oktyabr (çərşənbə)
MOİK – “Qaradağ Lökbatan”
+1=0-1, top fərqi 2:3
1/16 final cütlərindən yalnız paytaxt derbisi əvvəllər də baş tutub. 4 il əvvəl indiki kimi komandalar 1/16 finalda üz-üzə gəlib. Həmin vaxt “Neftçi İSM” adı ilə çıxış edən indiki “Qaradağ Lökbatan” 2 oyunun nəticəsinə əsasən mərhələ adlayıb.
2009/10
1/16 final
MOIK (Bakı) – Neftçi İSM (Bakı) – 2:1, 0:2
“Şuşa” – “Şahdağ”
İndiyədək görüşməyiblər
“Mil-Muğan” – “Lokomotiv”
İndiyədək görüşməyiblər
30 oktyabr (çərşənbə)
“Araz Naxçıvan” – “Ağsu”
İndiyədək görüşməyiblər