Kateqoriyasız

Azərbaycan kubokunda yarımfinal mərhələsi: Oyunlara baxmağın yolu

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsi start götürür.

İdmanxeber.com-un məlumatına görə, baş tutacaq 2 matçdan biri televiziya vasitəsi ilə canlı yayımlanacaq.

"Bakcell Arena"da keçiriləcək və saat 19:00-da başlayacaq "Neftçi" – "İnter" qarşılaşması "İdman Azərbaycan" kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Saat 18:00-da başlayacaq "Qarabağ" – "Simurq" oyunu isə birincilərin klub TV-si ilə canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43