Kateqoriyasız

“Qəbələ”nin futbolçusu : “İstəyirəm 100-cü, 1000-ci oyunumu da burada keçirim”

Azərbaycan Premyer Liqasının XXXIX turunun “Simurq”la oyunu (1:0) “Qəbələ”nin futbolçusu Ürfan Abbasov üçün əlamətdar olub. 

İdmanxeber.com-un məlumatına görə, müdafiəçi “qırmızı-qaralar”ın heyətində 90-cı matçını keçirib. Abbasov 6 oyunluq qələbə seriyası, yubiley, “Simurq”la ötən turun oyunu və “Neftçi” ilə qarşıdakı matç haqda fikirlərini klubun rəsmi saytına danışıb:

“Komanda indi yaxşı formadadır. Bunun da nəticəsidir ki, ardıcıl qələbələr qazanırıq. Məşqçinin tapşırıqlarını tam yerinə yetirib, müsbət nəticələr əldə edirik. Bu uğurlu seriyanı davam etdirməyə çalışacağıq. Son qarşılaşmada qalib gəldiyimiz “Simurq”la görüş də bizim üçün çox vacib idi. Bu komandadan cəmi 2 xal öndə idik. Həm də onlarla son oyunlarımızda nəticə qazana bilmirdik. Bu dəfə meydanı 3 xalla tərk etməyimiz çox vacib idi. Komandamız da buna nail oldu. “Qəbələ” mənə doğma komandadır. 90-cı oyunumu oynadım. İstəyirəm 100-cü, 1000-ci oyunumu da burada keçirim. Növbəti turun “Neftçi” ilə oyunu da çətin olacaq. Bu matçda yalnız qələbə haqda düşünürük. Qarşılaşmanın hazırlıqlarına bu gün start veririk. Bakıya qələbə üçün yollanacağıq. 3 xaldan başqa heç nə haqda fikirləşmirik”.

Qeyd edək ki, XXX turun “Neftçi” – “Simurq” qarşılaşması aprelin 17-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43