21 Dekabr 2024
Kateqoriyasız

“Azərbaycan millisində oynamaqdan imtina etdiyim üçün heç vaxt peşman olmamışam”

“Braziliyaya uçub gələndə hansısa həyəcan artıq orada özünü göstərəcək. Hələ böyük məsuliyyət var. Belə bir yarışda öz ölkəsinin təmsil etmək hər bir futbolçunun arzusudu”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Rusiya yığmasının yarımmüdafiəçisi Aleksandr Səmədov dünya çempionatına səfər haqda danışarkən deyib.

Təcrübəli futbolçu bildirib ki, DÇ-2014-ün təsnifat mərhələsi çərçivəsində Bakıda millimizə qarşı oynayarkən həyəcan keçirib.  

“Mənim dizlərim isə çoxdan əsmir. Ancaq etiraf edim ki, biz Bakıda oynayanda həyəcan keçirirdim. Can atdığımız DÇ-yə çıxmaq üçün həlledici oyun, ajiotaj. Bəlkə də Azərbaycanda oynamağımız da azacıq təsir edirdi”.

Azərbaycan yığmasında oynamaqdan imtina etdiyinə görə, bir dəfə də olsun peşmançılıq çəkməsi haqda suala isə Səmədov qısa cavab verib: “Heç vaxt”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43