Ölkə futbolu

“Azərbaycan yığması ilə matçda qalib gəlməmək üçün səbəb yoxdu”

İsrail millisinin qapıçısı Dudu Avat DÇ-2014-ün seçmə mərhələsində Azərbaycanla bu gün keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

“Malyorka”nın qolkiperi yerli mətbuata açıqlamasında bunları dilə gətitib:

“Biz çox güclü komandaya qarşı oynayacağıq. Bu komanda çox yaxşı təşkil olunub. Azərbaycan milli komandası əks-hücum qurmaq bacarığından məharətlə istifadə edə bilir . Bu üzdən də çox ehtiyatlı olmalıyıq. Dünya çempionatının final mərhələsinə yüksələcəyimizə ümid edirəm. Düzdü, heyətdə zədəlilərimiz var. Lakin Azərbaycan yığması ilə matçda qalib gəlməmək üçün səbəb yoxdu. Hansı baş məşqçi və hansı futbolçuların komandamızda yer almasından asılı olmayaraq qalib gəlməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43