Milli komanda

Millimizin start heyəti açıqlandı: Foqtsun güvənəcəyi “11”lik

Bu gün DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində səfərdə İsrail yığması qarşılaşacaq Azərbaycan millisinin start heyəti açıqlanıb.

Baş məşqçi Berti Foqts Ramat Qan şəhərinin eyniadlı stadionunda keçiriləcək görüşdə bu futbolçulara güvənəcək.

Qapıçı: Kamran Ağayev.

Müdafiəçilər: Elnur Allahverdiyev, Mahir Şükürov, Rasim Ramaldanov, Rəşad Sadıqov.

Yarımmüdafiəçilər: Cihan Özkara, Araz Abdullayev, Rahid Əmirquliyev, Rusıan Abışov.

Hücumçular: Rauf Əliyev, Rüfət Dadaşov.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə 22:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43