Bolqarıstan millisinin futbolçusu Aleksandr Tonev millimizlə oyun öncəsi ölkəsinin mətbuatına danışıb.
İdmanxeber.com-un məlumatına görə, “Avro-2016″nın seçmə mərhələsində qarşılaşacaqları Xorvatiya və Azərbaycanla oyunlara toxunan Tonev hər iki matçın çətin keçəcəyini bildirib:
“Seçmə mərhələnin son iki görüşündə İtaliya və Norveçə uduzduq. Bütün oyunlara eyni yanaşmalıyıq. Həm Xorvatiya, həm də Azərbaycanla oyunlar asan keçməyəcək. İstədiyimiz nəticəni qazanmaq istəyiriksə, sonadək mübarizə aparmalıyıq. İlk öncə Xorvatiya ilə oyuna köklənmişik. Daha sonra bütün diqqətimizi Azərbaycanla matça yönəldəcəyik”.