Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlunun çıxış etdiyi Türkiyə PTT 1-ci liqa təmsilçisi “Dənizlispor”un üzvləri daşa basılıb.
İdmanxeber.com-un məlumatına görə, Dənizli klubunun “Karşıyaka”ya məğlub olması (2:3) bir qrup yerli fanatı əsəbləşdirib. Nəticədə azarkeşlər klubun avtobusun pəncərəsini sındırıblar.
Hadisə zamanı futbolçular avtovusda olub. Hətta bəzi futbolçular yüngül xəsarət alıb.