Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Skenderbeu” – “Lokomotiv” matçı haqqında şok iddia ortaya atılıb.
İdmanxeber.com-un məlumatına görə, belə bir iddia ilə “FederBet” totalizator şirkəti çıxış edib.
Belə ki, sözügedən oyunun 89-cu dəqiqəsindən sonra vurulan 2 qol şirkətin şübhələrinə səbəb olub. Məsələ burasındadı ki, oyunun 77-ci dəqiqəsindən sonra görüşün 2,5 üst bitəcəyi ilə bağlı Asiya qitəsində pul qoyuluşları birdən-birə artıb. Bu isə bukmeker kontorunun narahatlığına səbəb olub və UEFA-dan məsələni araşdırması üçün qitənin ali futbol qurumuna müraciət ünvanlayıb.
Qeyd edək ki, həmin matçı 0:3 hesabı ilə ruslar qazanıb. Qaşılaşmanın son qolunu əslən azərbaycanlı futbolçu Aleksandr Səmədov vurub.