Çempionlar Liqasının qrup mərhələsində çıxış edən klubların gənclərdən ibarət komandaları arasında təşkil olunan UEFA Gənclər Liqası turnirinin D qrupunda bu gün daha bir oyun keçirilib.
İdmanxeber.com-un məlumatına görə, “Qalatasaray”ın gənclərdən ibarət komandası öz meydanında “Borussiya”lı həmyaşıdları ilə qarşılaşıb.
Azərbaycanın FİFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşmada 5 qol vurulub. “Cim-Bom” Dortmund klubunu məğlub yola salıb – 3:2.