“Meydanda azərbaycanlı futbolçuların sayının azalmasını istəməzdim. Çünki gənc oyunçular futbolumuzun gələcəyidir. Onları kənarda saxlamaq sabah millimiz üçün də yaxşı olmaz”.
Bu sözləri İdmanxeber.az saytına “Kəpəz”in baş məşqçisi Adil Şükürov Premyer Liqada legioner limitinin dəyişdirilməsi ilə bağlı təklifə münasibət bildirərkən deyib. O, daha sonra belə davam edib:
“Mən əvvəlki “7+4” sistemini istəyərdim. O vaxtı meydanda yer alan 4 azarbaycanlıdan biri U-21 millimizin üzvü idi. Sonradan onu dəyişdik. Hazırda 4 yerli oyunçuyla meydana çıxsaq da, birinin gənc statusunda olması vacib deyil. İndi “8+3” sistemi müzakirə edilir. Müəyyən komandalar legioner limitinin götürülməsini istəyir.
Əslinə qalsa, bəzi klublarımız çoxdan “8+3″ sisteminə keçib. Onlar milliləşdirilmiş futbolçulara şans verməklə elə bu sistemlə mübarizə aparırlar. Amma mən bununla razı deyiləm. Məncə, azərbaycanlı futbolçulara şans verilməlidir ki, kənarda qalmasınlar”.
Həsən Quluzadə