21 Dekabr 2024
Kateqoriyasız

“Bakcell Arena” sindromu

Tanınmış xorvat futbolçu Daniel Pranyiç Azərbaycana son 2 həftədə 2 dəfə səfər edib. 34 yaşlı müdafiəçi Bakıda həm klub, həm də yığma səviyyəsində oyunların iştirakçısı olub.

İdmanxeber.com-un məlumatına görəxəbər verir ki, Pranyiç hər iki halda “Bakcell Arena”da meydana çıxıb, 90 dəqiqə oynayıb və bu matçlarda eyni nəticə – qolsuz bərabərlik qeydə alınıb. Daniel əvvəlcə Yunanıstanın “Panatinakos” klubunun heyətində Avropa Liqasının pley-off mərhələsində “Qəbələ”yə qarşı oynayıb. Bu komandalar arasında ilk görüş avqustun 20-də “Bakcell Arena”da olub və hesab açılmayıb. Bu futbolçu daha sonra Xorvatiya yığmasının heyətində paytaxtımıza gəlib. AÇ-2016-nın seçmə matçı çərçivəsində millimizlə oyunda da ona qələbə sevinci yaşamaq nəsib olmayıb.

Xorvatiya ilə oyuna “Qəbələ” futbolçuları da çağırıldığından, Daniel onlarla son 2 həftədə 3 dəfə görüşüb. Xorvatla eyni mövqedə oynayan oyunçulardan biri isə Arif Daşdəmirov olub. Rəşad Sadiqov da həm “Panatinaikos”la, həm də Xorvatiya yığması ilə matçlarda Pranyiçə qarşı oynayıb. Sadəcə, yalnız Daşdəmirov hər 3 oyunu əvəzolunmadan keçirib. Daniellə yaşıl meydanda yığma səviyyəsində görüşən Məhəmməd Mirzəbəyov isə Avropa Liqasında hələ ki, debüt etməyib. Xorvatiya ilə matçda meydana çıxmayan 20 yaşlı yarımmüdafiəçi Elvin Camalov isə avroliqada yeganə matçını Afinada keçirib.

Qeyd edək ki, Pranyiç 2002-ci ildən Xorvatiya yığmasında çıxış edir. Onun klub karyerasında ən uğurlu dövr 2009-2012-ci illərdə heyətində Almaniya çempionluğunu qazandığı, 2 dəfə Çempionlar Liqasının finalında oynadığı “Bavariya” olub. (“Qəbələ” İK qəzeti)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43