Premyer Liqanın 33-cü turu çərçivəsində keçirilən “Neftçi” – “Qəbələ” matçı gərginliyi ilə yadda qalıb.
İdmanxeber.com-un məlumatına görə, öncə Karlos Kardozo “Qəbələ”nin baş məşqçisi Yuri Syomini təhqir edib. Ardınca isə Ebesilio vurduğu qoldan sonra Böyükağa Hacıyevə tərəf qaçaraq, onu qıcıqlandıracaq hərəkətlər edib.