“Bakı”nın İspaniyada təşkil olunmuş təlim-məşq toplanışı davam edir. Bu gün yoxlama matçı çərçivəsində keçirilən “Bakı” – “Dnepr” oyunundan əvvəl 20 yanvar faciəsinin qurbanları anılıb. “Bakı”ın futbolçuları meydançaya qara sarğı ilə çıxıb və qarşılaşmanın start fitindən əvvəl bir dəqiqəlik sükut elan olunub. Ukraynanın “Dnepr” klubu ilə maraqlı mübarizə şəraitində keçən oyunda hesab açılmayıb – 0:0.