22 Dekabr 2024
Kateqoriyasız

Bakı klubu Hacıyevi necə aldadıb? – QƏFİL AYRILIĞIN TƏFƏRRÜATLARI

Xəbər verdiyimiz kimi, “Səbail” 11 gün öncə müqavilə imzaladığı baş məşqçisi Aftandil Hacıyevlə yolları ayırıb.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, klub rəhbərliyi Hacıyevə müqavilədən öncə bir çox vəd versə də, sözləşmənin ardından bunların heç biri reallaşmayıb. “Yaxşı olacaq” vədi verərək Hacıyevi yeni müqaviləyə razı salan paytaxt klubunun məsul şəxsləri daha sonra çalışdırıcının onlara yeni futbolçular tapması ilə bağlı etdiyi müraciətə “yox” cavabı veriblər. Aftandil Hacıyev transfer məsələsində müqavilədən öncə verilən sözlərin daha sonra yerinə yetirilmədiyini görərək komandadan ayrılmaq qərarına gəlib.

Klub rəbərliyi əsas kimi “bu futbolçu yaşlıdı”, “o, daha çox maaş istəyir” və s. deyərək, transferin reallaşmasına qarşı çıxıblar. Bunun ardından tərəflər arasında qarşılıqlı razılaşma ilə yolların ayrılması müzakirə edilib və daha sonra müqaviləyə xitam verilib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43