28 Fevral 2024
Ölkə futbolu

Bakı klubunda braziliyalı futbolçu: “O, Antalyaya aparılacaq” – AÇIQLAMA

Paytaxtın "Rəvan" klubuna braziliyalı futbolçu qoşulub.

Bu, Tyaqo Mirasemadır. 26 yaşlı futbolçu "Aslanlar"la birlikdə Antalyadakı təlim-məşq toplanışına aparılacaq. Həmin toplanışda baş məşqçi Güvənc Kurtar hücumçunu baxışdan keçirəcək və bundan sonra yekun qərarını açıqlayacaq. Bu barədə idmanxeber.com saytına klubun mətbuat xidmətinin rəhbəri Elvin Yaqubov məlumat verib.

" Bəli, düşərgəmizə belə futbolçu gəlib, amma onunla müqavilə hələ imzalanmayıb. Bizimlə Antalyaya yollanacaq və orada baş məşqçimiz Tyaqo ilə bağlı yekun qərarını verəcək".

Qeyd edək ki,  26 yaşlı futbolçu Braziliyanın "Sampayo" klubuna məxsusdur. O, karyerası ərzində "Vila Nova" (2010), "San Xose" (2011), həmçinin Bolqarıstanın "Liteks" (2011/12), "Montana" (2013) klublarının da şərəfini qoruyub. Amma "Sampayo" onu son dörd kluba sadəcə icarə əsasında yollayıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43