Ölkə futbolu

Mustafa Dənizli yekun qərarını açıqladı

Antalyada təlim-məşq toplanışı keçirən "Xəzər Lənkəran" klubu bir neçə yoldaşlıq oyunu keçirməyi planlaşdırır.

Lənkəran klubu ilk olaraq yanvarın 13-də Superliqa təmsilçisi olan "Çaykur Rizəspor"la qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 13:00-da İC Santai otelinin meydançasında baş tutacaq.

"Xəzər Lənkəran" ikinci oyununu yenə Superliqa təmsilçisinə qarşı keçirəcək. "Ağ-yaşıllar" böyük ehtimalla "Gənclərbirliyi" ilə qarşılaşacaq. Halbuki, Cənub təmsilçisinə "Əskişəhərspor" klubu da bu barədə müraciət etmişdi. Lakin, Dənizli “Gənclərbirliyi” ilə oynamağı daha məqsədəuyğun sayıb. Bu görüşün yanvarın 19-da baş tutacağı gözlənilir. 

Futbol11.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43