19 Sentyabr 2024
Ölkə futbolu

Bakı klubunun yeni transferi niyə heyətə düşə bilmir?

“Zirə”nin yeni transferi Ayron Qomis hələ də komandada debüt etmək şansı qazana bilməyib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, bir müddətdi ki, qəsəbə klubuna transfer olunan fransalı futbolçu zədə səbəbindən kollektivdən ayrı düşüb. Onun qarşıdakı 10 gündə komandaya qoşulacağı bildirilir.

“Kasımpaşa”nın sabiq yarımmüdafiəçisi Premyer Liqanın 7-ci turunda “Zirə”yə kömək edə bilər.

Qeyd edək ki, Ayron Qomis “qartallar”la 2 illik müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43