Noyabrın 26-da Avropa Liqasının qrup mərhələsində “Qarabağ” “Tottenhem”i qəbul edəcək.
İdmanxeber.com-un məlumatına görə, oyunun saat 22:00-da start götürəcəyini nəzərə alsaq, azarkeşlər matçdan sonra nəqliyyat problemi ilə üzləşə bilər.
Məhz bu amili nəzərə alan “Qarabağ” klubu bununla bağlı quruma müraciət ünvanlayıb. Metropoliten rəhbərliyi klubun bu müraciətini müsbət cavablayıb.
Beləliklə cümə günü Bakı Metropoliteni iş qrafikini gecə 01:00-ə qədər artıracaq.