“Bakı” baş məşqçi Milinko Pantiçlə olan müqaviləni artıracaq. Bu barədə məlumatı çalışdırıcının özü verib:
“Klubun prezidenti Hafiz Məmmədovla yeni müqavilə haqda danışmışıq. Artıq bütün detallar razılaşdırılıb. Sadəcə, yeni müqaviləyə imza atmaq qalıb. Yeni razılaşma 3 il müddətinə nəzərdə tutulub”.
Anlaşmaya əsasən Milinko Pantiç 2017-ci ilin yayına qədər Bakı klubunda çalışacaq.