Ölkə futbolu

“Qarabağ” çempionluğunu “Ay işığı”nda qeyd etdi, PFL prezidenti Tahir Gözələ məsləhət gördü: “Biraz “tərləyin”

Cari mövsümün qalibi “Qarabağ” rəhbərliyi, məşqçilər korpusu, futbolçular və azarkeşlərlə birgə çempionluğu bayram ediblər.

İdmanxeber.com-un məlumatına görə, klubun prezidenti Tahir Gözəl, komandanın direktoru Əmrah Çəlikəl və digər rəsmilər, eləcə də PFL başqanı Ramin Musayevin iştirak etdiyi tədbir “Ay işığı” restoranında baş tutub.

Klub prezidenti çempionluq münasibəti ilə bütün “Qarabağ” azarkeşlərini təbrik edib. Daha sonra söz baş məşqçi Qurban Qurbanova verilib. Çalışdırıcı qarşılarında duran məqsədlərdən və qazanılan çempionluqdan danışıb. 

PFL prezidenti Ramin Musayev çıxışı zamanıl üzünü Tahir Gözələ tutaraq: “Bu hələ jurnal idi. Qarşıda bir film var. Əsas avrokuboklardı. Tahir bəy, bir az “tərləyin”, komanda bizi Avropdada da daha çox sevindirsin” – deyib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43