Azərbaycan Premyer Liqasının XXXV turunda keçirilən “Bakı” – “Neftçi” görüşündə hesab açılmadı.
İbrahim Uzunca (“Bakı”nın baş məşqçisi): “Bu gün çox yaxşı oynadıq. Mən futbolçularımın sərgilədiyi oyundan razıyam. Oyunçularımı təbrik edirəm. Rəqibimiz “Neftçi”yə avrokuboklar matçında uğurlar arzu edirəm”.
Arif Əsədov (“Neftçi”nin baş məşqçisi): “Çempionatın sonuna doğru gedirik. Futbolçularda motivasiya azalıb. Biz əsas diqqətimizi kubokun finalına yönəltmişik. Çempionat oyunları isə gənc futbolçular üçün şansdır. Onlar təcrübə toplamalıdırlar”.