Ölkə futbolu

AZAL – “Simurq”: Məşqçi fikirləri

Azərbaycan Premyer Liqasının XXXV turunda “Simurq”u qəbul edən AZAL 5-0 hesablı qələbə qazandı.

George Çixradze (“Simurq”un baş məşqçisi): “Hazırda bizim heç bir iddiamız yoxdur. Odur ki, meydançaya motivasiyasız çıxmışdıq. Çempionatı başa vurmaq üçün oynayırıq. Yəqin ki, son oyunda meydançada indikindən də daha çox gənc oyunçu  görəcəksiniz. Çalışırıq ki, heyətdə qalan oyunçulardan maksimum istifadə edək, onlara şans verək”.

Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “Cari çempionatdakı son ev oyununda qələbə qazandıq. Artıq mövsüm başa çatmaq üzrədir. Fasilə zamanı komandanı komplektləşdirməliyik. Son vaxtlar belə fikir yaranıb ki, AZAL Avropa Liqasına gedə bilər. Əgər belə bir iş bizə həvalə olunsa, o zaman planlarımızda və transfer çalışmalarımızda dəyişiklik ediləcək. Düşünürəm ki, komandanı mövsüm başa çatdıqdan sonra maksimum 7 oyunçu tərk edəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43