Qış fasiləsindən sonra uğurlu çıxış edən “Bakı”nın son turlarda göstərdiyi uğöursuz çıxışından sonra diqqətlər klubun baş məşqçisi Milinko Pantiçin üzərinə yönəldi.
İdmanxeber.com-un məlumatına görə, “zolaqlılar”ın çalışdırıcısının son günlərdə istefaya göndəriləcəyi ilə bağlı gəzən söz-söhbətə klubun vitse-prezidenti Yaşar Seyidov son nöqtə qoyub.
Seyidov saytımıza açıqlamasında Pantiçlə yola davam edəcəklərini və ona güvəndiklərini bildirib:
“Biz Pantiçə güvənirik. Onun yaxşı karyerası olub. “Visente Kalderon”da “Barselona”nın qapısına 4 qol vurub ki, katalonlar bunu heç zaman unutmayacaqlar. Belə bir karyeraya malik baş məşqçi “Bakı”ya xeyir verəcək və biz bunu qarşıdakı turlarda görəcəyik”.