Dünyadan

“Real”ın baş məşqçisi təsdiqlədi, Dortmund sevincə qərq oldu

Madrid “Real”ının ulduz futbolçusu Kristiano Ronaldo “Borussiya” (Dortmund) ilə Çempionlar Liqası matçında meydana çıxa bilməyəcək.

İdmanxeber.com-un məlumatına görə, portuqaliyalı futbolçu Dortmund klubu ilə ilk oyunda zədələnərək meydanı tərk etmişdi. Hazırda da müalicə alan Ronaldonun Almaniyada meydana çıxması demək olar ki, mümkünsüzdü. “Kral” klubunun baş məşqçisi Karlo Ançelotti mətbuat konfransında Ronaldonu meydana burxamaqla, risk etmək istəmədiklərini bildirib:

“Ronaldo lazım olan müalicəni aldı. Ancaq həftəboyu ona çox yüklənmədik. Vəziyyət belə davam edərsə risk etməyəcəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43