21 Dekabr 2024
İdman

Bakıda Avstriya idmançılarını vuran avtobus sürücüsü ilə bağlı ŞOK XƏBƏR

Bakıda Atletlər kəndindəki avtobus qəzasında ağır xəsarət alan avstriyalı idmançı çətin durumdadır. 

İdmanxeber.com-un anspress-ə istinadən məlumatına görə, Vanessa Şahinoviçin həyatı üçün təhlükə aradan qalxsa da, müalicəsi bitəndən sonra hərəkət qabiliyyətini tam bərpa edib-etməyəcəyi bilinmir.

Bu arada onun valideynləri yeni mənzil axtarışındadırlar: “Ailə hazırda ikinci mərtəbədə yerləşən bir mənzildə yaşayır və mənzildən imtina etmək məcburiyyətindədirlər, çünki onlara əlil arabasının rahat girib-çıxa biləcəyi ev lazımdır. Lakin ailə yaşadıqları Wiener Neudorfda qalmaq istəyir. Böyük, maneəsiz və daha yaxşı bir ev inşa edilə bilər – münasib torpaq sahəsində münasib bir ev” – deyə Viener Neudorfun bələdiyə sədri Herbert Yanschka öz bloqunda insanlara müraciət edir. Bələdiyyə sədri yardım etmək istəyənlər üçün ailə ilə əlaqə vasitələrini də bloqunda qeyd edir.

Məqalədə deyilir ki, avstriyalı idmançı Bakıdakı Avropa Oyunlarına sinxron üzgüçü kimi getmişdi və medal uğrunda mübarizə apacağını düşünürdü. Lakin hər şey əksinə oldu. O, yaşam uğrunda mübarizə aparmalı oldu. Avstriyalı həkimlər Sahinovic-in üzərində əməliyyat aparandan sonra onu süni koma vəziyyətində saxlamağa qərar vermişdilər.

Sayt Bakıdakı avtobus qəzasını yada salaraq yazır ki, "sürücü" qaz pedalıya əyləci dəyişik salıb və ümumiyyətlə 15 yaşlı gəncin həmin qəzadan sağ çıxması möcüzədir. Onun bud və çanaq nahiyəsi, həmçinin bel sümüyü ciddi zədə alıb. İndi onun bir neçə dəfə cərrahiyə əməliyyatı olunması lazımdır.

İyunun 11-də Atletlər kəndində avtobus 3 avstriyalı idmançını vurub. Digər iki idmançının xəsarəti ağır olmayıb. Faktla bağlı cinayət işi başlanılıb. Avtobusun sürücüsü barəsində həbs qəti-imkan tədbiri seçilib, istintaq aparılır.

Olimpiya.az xəbər verir ki, Avtriya saytı "sürücü" qaz pedalıya əyləci dəyişik salıb» cümləsində maraqlı məqama toxunub. Əldə etdiyimiz məlumata görə, hazırda istinataq altında olan həmin sürücü avtobusu idarə edərkən ayağında çəkələk olub. Çəkələyin ilişməsi nəticəsində sürücü qazla əyləc pedalını qarışıb salıb və belə bir ağır qəzaya səbəb olub.

 
 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43