Avropa Liqasının pley-off mərəhləsinin ilk görüşündə “Qarabağ” səfərdə İsveçrə “Yanq Boyz”unu məğlub etdi – 1:0.
İdmanxeber.com-un məlumatına görə, Bakya sərfəli nəticə ilə qaydan Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra bunları deyib:
“Cavab qarşılaşması bu oyundan da çətin olacaq. Rəqib bizə çox çətin anlar yaşatdı. “Yanq Boyz”un oyun üslubu bizə çox yad və çətin bir üslub idi. Bakıda daha fərqli oyun olacaq, rəqib 90 dəqiqə hücum edəcək. Rəqibin heyətində oyunun nəticəsini dəyişməyə qadir futbolçular var”.