08 Yanvar 2025
Dünya futbolu

Bakıda debüt edən futbolçu həbs olundu

Rusiya millisinin futbolçusu Aleksandr Buxarov həbs olunub.

“Zenit”də forma geyinən hücumçu Sankt-Peterburqun “Pulkovo” aeroportunda saxlanılıb.

Sərxoş olan futbolçu hava limanında qızlara sataşıb. Siqaretin yerə döşənən xalçada söndürüb.

Buda azmış kimi futbolçu ətrakdakıları söyüb və bundan sonra polislər tərəfindən saxlanılıb.

Sözügedən futbolçunun Kazana uçmasına icazə verilməyib. Onu 1000 Rusiya rublu cərimə və 15 sutka həbs gözləyir.

Buxarovun debüt oyunu 2009-cu il oktyabrın 14-də Bakıda, “Tofiq Bəhramov” adına stadionda gerçəkləşib. Azərbaycan yığması ilə qarşılaşmasının 64-cü dəqiqəsində Vladimir Bıstrovu əvəzləyən hücumçu ilk dəfə yığmanın heyətində meydana çıxmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43