Ölkə futbolu

Bakıdan Gəncəyə gedən zəng imtina ilə nəticələndi – Diniyevə “yox” dedilər

Xəbər verdiyimiz kimi, millimizin sabiq çalışdırıcısı Şahin Diniyev “Səbail”in baş məşqçisi təyin olunub. 

İdmanxeber.az-ın məlumatına görə, hələlik Diniyevin köməkçiləri açıqlanmayıb. Lakin təcrübəli mütəxəssis ötən gün bir zamanlar Gəncədə bir yerdə çalışdığı, dostu Xaliq Mərdanovu özünə köməkçi gətirmək istəyib. Hazırda “Kəpəz”in əvəzedici heyətinin baş məşqçisi olan Mərdanov Diniyevə “yox” deyib və onunla işləyə bilməyəcəyini bildirib.

Yaxın günlərdə Şahin Diniyevin köməkçiləri rəsmən açıqlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43