İdman

Nəriman Abbasovun növbəti döyüşünün vaxtı bilindi

Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasovun növbəti döyüşünün vaxtı bilinib.

İdmanxeber.az xəbər verir ki, N.Abbasov növbəti döyüşünü martın 18-də keçirəcək.

Qazaxıstanın Almatı şəhərində keçiriləcək döyüş gecənin əsas qarşılaşması olacaq. Onun rəqibi yerli idmançı Fanil Rafikov olacaq. Döyüş “Nazia Fighting Championship” təşkilatı çərçivəsində baş tutacaq.

Qeyd edək ki, “Noqay” ləqəbli Fanil Rafikov 21 dəfə qalib gəlib, 6 döyüşdə uduzub. “Bayraktar” ləqəbli Nəriman Abbasov isə 28 döyüşdə qələbə qazanıb, 4 dəfə məğlub olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43