Ölkə futbolu

İmkansızlıqdan “premya” əvəzinə, yeyib-içmək – Bölgə klubundan FOTO

Azərbaycan II Liqasında 24-cü tura yekun vurulub. Turun qapanış matçında “Ağdaş” səfərdə “Dinamo”nu məğlub edib – 3:0.

5 oyun sonra qalib gələn bölgə təmsilçisi liqada qalmaq yolunda vacib qələbə qazanıb. Çempionatın tək sponsorsuz komandası olan “Ağdaş”da qalibiyyətə görə futbolçulara pul mükafatı ödənilməsə də, oyundan sonra yeyib-içmək verilib.

Xatırladaq ki, bölgə təmsilçisi 23 xalla II Liqada 10-cu sırada qərarlaşıb.

İdmanxeber.az

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43