Ölkə futbolu

Lider xal itirdi, “Şamaxı”dan qələbə

Azərbaycan 1-ci liqasında 25-ci tura yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, bu gün 4 qarşılaşma keçirilib.

Turun mərkəzi görüşündə “İmişli” öz meydanında lider “Qaradağ Lökbatan”ı qəbul edib. Oyunda qapılara qol vurulmayıb.

Digər oyunlarda qeydə alınan nəticələr belədir:

“Araz Saatlı” – MOİK – 0:5

Qollar: Elmir Rəhimzadə, 38, 47, 62, Cavidan Abbaszadə, 90, Elvin Valiev, 90+3

“Şamaxı” – “Karvan” – 3:0

Qollar: Emin Zamanov, 19, Qurban Səfərov, 38, Bəhruz Teymurov, 54

“Mingəçevir” – “Zaqatala” – 0:0

“İmişli” – “Qaradağ Lökbatan” – 0:0

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43