Dünya futbolu

PSJ italiyalı futbolçu ilə yeni müqavilə imzaladı

PSJ yarımmüdafiəçisi Marko Verratti ilə müqaviləni yeniləyib.

İdmanxeber.az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.

30 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Əvvəlki anlaşmanın müddəti 2024-cü ilin yayında bitəcəkdi.

İtaliya yığmasının da üzvü olan Verratti 2012-ci ilin iyul ayından PSJ-də forma geyinir. O, Paris təmsilçisində 398 oyun, 11 qol vurub, 48 məhsuldar ötürmə müəllifi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43