Ölkə futbolu

Bölgədə çempionluq oyununda konsert olacaq

Azərbaycan I Liqasında 25-ci tura start verilir.

İdmanxeber.az-ın məlumatına görə, bugün turun mərkəzi qarşılaşmasında “İmişli” doğma meydanda “Qaradağ Lökbatan”ı qəbul edir. Oyun öncəsi ev sahibi komanda stadionda azarkeşlər üçün konsert təşkil edəcək.

Proqramda tanınmış müğənnilər səhnə alacaq. Konsert oyundan bir saat öncə  başlayacaq.

Görüşü saat 17:00-da start götürəcək.

Xatırladaq ki, “Qaradağ Lökbatan” 52 xalla birinci, “İmişli” 46 xalla üçüncüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43