Milli komanda

“Bakı”nın 4 futbolçusu milliyə çağırıldı

Mayın 28-də San-Fransiskoda ABŞ yığması ilə yoldaşlıq oyunu keçirəcək millimizin heyətinə dəvət olunan futbolçuların tam siyahısı müəyyələnməş üzrədir.

İdmanxeber.com-un məlumatına görə, paytaxt təmsilçisinin 4 üzvü yığmanın qarşıdakı təlim-məşq toplanışına çağırılıb.

Qapıçı Aqil Məmmədovla yanaşı, Şəhriyar Əliyev, Cavid Hüseynov və Rauf Əliyev təlim-məşq toplanışı zamanı baş məşqçi Berti Foqtsun sərəncamında olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43