21 Fevral 2024
Ölkə futbolu

Hafiz Məmmədov “Atletiko”nu təbrik etdi

“Bakı” Futbol Klubunun rəhbərliyi, başda prezident Hafiz Məmmədov olmaqla Madrid “Atletiko”sunu Çempionlar Liqasının finalına yüksəlməsi münasibəti ilə təbrik edib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.

Qeyd edək ki, “Bakı” klubunun prezidenti Hafiz Məmmədovun himayədarlıq etdiyi “Atletiko” (Madrid) klubu Çempionlar Liqasının yarımfinalında “Çelsi”ni səfərdə 3:1 hesabı ilə məğlub etməklə finala vəsiqə qazanıb. “Land of Fire Azerbaijan” (Odlar Yurdu Azərbaycan) formalı komanda həlledici görüşdə əzəli rəqibi “Real” (Madrid) klubu ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43