22 Dekabr 2024
Ölkə futbolu

“Bakı”nın baş məşqçisi: “Oyunu çirkinləşdirmədik”

Topaz Premyer Liqasının XI turunun açılış oyununda “Bakı” səfərdə “Qəbələ” ilə üz-üzə gəldi. Oyun 1-1 hesabı ilə başa çatdı.  

İdmanxeber.com-un məlumatına görə, “Bakı”nın baş məşqçisi İbrahim Uzunca bu sözləri deyib:

“Bu gün  komandamız çox yaxşı mübarizə apardı. Səfərdə qazanılan 1 xal bizim üçün yaxşı nəticədir. Biz hazırlıq dönəmi keçirməmişik. Buna rəğmən, komandamız mübarizə apardı. Məğlub duruma düşsək belə, döyüşdük. Oyunu çirkinləşdirmədik. Yaxşı mübarizə apardıq və səfərdə xal qazandıq. Çətin dönəmdə oyunlara hazırlaşan futbolçularıma təşəkkür edirəm”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43