Ötən gün keçirilən “Bakı” – “İnter” matçından əvvəl maraqlı hadisə baş verib.
İdmanxeber.com-un məlumatına görə, paytaxtımızdakı tıxaclar futbolçuları da pis vəziyyətdə qoyub. “Bakı”nın üzvləri məskunlaşdığı “Qorqud” otelindən stadiona gələn zaman tıxaca düşüblər. Bu zaman isə bir neçə futbolçu taksiylə Biləcəridəki matça yollanıb.
Lakin bir müddət sonra tıxacdan çıxan avtobus geridə qalan futbolçuları oyuna vaxtında yetişdirib.