Hazırda davam edən “Neftçi” – “Qarabağ” matçında gərginlik son həddə çatıb.
İdmanxeber.com-un məlumatına görə, ilk hissədə baş hakim Orxan Məmmədovun “Neftçi”nin qapısına verdiyi penalti zərbəsinə etiraz olaraq “ağ-qaralar”ın futbolçuları fasilədə baş hakimə hücum çəkib. Tərəflər polislərin müdaxiləsi ilə sakitləşdirilib.
Hal-hazırda davam edən matçda “Qarabağ” 1:0 hesabı ilə irəlidədi.