Bu gün Bakıda keçiriləcək Avropa Liqasının final oyununu izləmək üçün ölkəmizə gələn turistlər sürprizlə qarşılanırlar.
İdmanxeber.az-ın məlumatına görə, Dövlət Sərhəd Xidmətinin əməkdaşları azarkeşləri xüsusi hədiyyələrlə qarşılayıblar.
Xanım fanatlara gül dəstələri, kişilərə isə üzərində “Tofiq Bəhramov – 1966” sözləri yazılmış brelok hədiyyə olunur.